Avropa Liqası

Öncə Qurbanov, sonra Saçko

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Vorskla" (Ukrayna) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.

Dsport.az kluba istinadən xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də, Bakı Olimpiya stadionunda saat 14:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 19:15-də Bakı Olimpiya stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Vorskla”nın baş məşqçisi Vasili Saçko isə saat 17:30-da Bakı Olimpiya stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Ukrayna təmsilçisinin oyunöncəsi son məşqi isə saat 18:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Bakı Olimpiya stadionunda keçiriləcək “Qarabağ” - “Vorskla” matçı 25 oktyabrda, saat 20:55-də başlayacaq.