Avropa Liqası

“Qarabağ” - “Vorskla” matçının hakimləri bəlli oldu

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - “Vorskla” (Ukrayna) oyununa hakim təyinatları açıqlanıb.

Dsport.az xəbər verir ki, oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Roi Reinşreyber olacaq.

Oktyabrn 25-də Bakı Olimpiya stadionunda keçiriləcək “Qarabağ” - “Vorskla” matçı saat 20:55-də start götürəcək.

Baş hakim: Roi Reinşreyber
Köməkçi hakimlər: Danni Krasikou, David Elias Bitton
Dördüncü hakim: Amihay Yehoşua Mozes
Əlavə köməkçi hakimlər: Alon Yefet, Daniel Bar Natan (hamısı İsraildən)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
UEFA nümayəndəsi: Kazimierz Oleszek (Polşa)