Avropa Liqası

“Hələ “Qarabağ”ı təhlil etməmişik”

Ukraynanın “Vorskla” klubunun hücumçusu Mixail Sergeyçuk Avropa Liqasında qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb.

Dsport.az xəbər verir ki, ukraynalı futbolçu yerli mətbuata müsahibəsində Ağdam klubunu təhlil etmədiklərini bildirib:

“Qarabağ”la oyunlarda nəyə qadir olduğumuzu oktyabrın 25-də biləcəyik. Hələlik, onlar haqda nəsə deyə bilmərəm. Çünki rəqibin oyununu təhlil etməmişik. Yalnız Avroliqadakı matçlarının icmalını izləmişik”.

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu saat 20:55-də başlayacaq.