Avropa Liqası

“Qarabağ”ın rəqibi futbolçusunu cəzalandırdı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubunun baş məşqçisi Joze Peseyru komandanın brazilyalı futbolçusu Markus Vendeli cəzalandırıb.

Dsport.az xəbər verir ki, Lissabon təmsilçisi 21 yaşlı futbolçunu məşqdə iştirak etmədiyi üçün U-23 komandasına göndərib. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

Brazilyalı yarımmüdafiəçi ötən həftə ailəvi səbəblərə görə klubdan icazə alaraq ölkəsinə yollanmışdı. Futbolçu komandaya nəzərdə tutulan vaxtdan gec qoşulub və iki məşqi icazəsiz buraxıb. Buna görə də 58 yaşlı mütəxəssis oyunçunu cəzalandırıb. Vendel bir müddət ikinci komanda ilə məşq edəcək. Onun əsas komandaya nə vaxt qayıdacağı bilinmir.

Avropa Liqasının E qrupunda "Sportinq" “Qarabağ”la ilk turda qarşılaşıb. Lissabonda keçirilmiş görüdə “Qarabağ” 0:2 hesabıyla məğlub olub. Bu komandalar arasındaki ikinci görüş Bakıda, noyabrın 29-da keçiriləcək.