Avropa Liqası

“Qarabağ”la oyunları buraxacaq futbolçu: Ürəyim onlarladı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın “Vorskla” klubunun zədəli olan futbolçularından biri Aleksandr Kobaxidzenin yaşıl meydanlara nə vaxt qayıdacağına aydınlıq gəlib.

Dsport.az xəbər verir ki, çiynindən aldığı ağır zədəyə görə əməliyyat olunmuş gürcü futbolçu dekabrda sıraya dönəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bu isə o deməkdi ki, 31 yaşlı yarımmüdafiəçi “Qarabağ”la oyunlarda iştirak etməyəcək. Hazırda vətənində olan Aleksandr klub saytına açıqlama verib:

“Yavaş-yavaş sağalıram. Hələ tikişlərim sökülməyib. Belə zərurət var ki, əlimin inkişafı faktiki bir istiqamətdə olsun. Əlbəttə, narahatdi, ancaq nə etmək olar, sağlamlıq naminə dözməlisən. İndi müxtəlif prosedurları keçirəm. Bu, keyfiyyətli və tez bərpa olunmağa istiqamətlənib. Klubumuzun həkimi Nikolay İqnatenkoyla daxim əlaqə saxlayıram. Əlbəttə, komanda yoldaşlarım mənə tez-tez zəng edirlər. Onlar məni mənəvi planda çox dəstəkləyirlər. Əminəm ki, yığılan inanılmaz enerji və istəklə məşqlərə başlayacam”.

Kobaxidze "Vorskla"ya Avroliqada qarşıdakı oyunlarda uğurlar arzulayıb: "Komandamızın matçlarını izləyirəm. "Sportinq"lə görüşü sevinclə izlədim. "Vorskla"ya qarşıdakı oyunlarda uğurlar arzulayıram. Ürəyim tam olaraq onlarladı. Hərçənd, kənardan izləmək mənim üçün asan deyil".

Qeyd edək ki, “Qarabağ” və “Vorskla” arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq.