Avropa Liqası

“Qarabağ” - “Vorskla” matçına nə qədər bilet satılıb?

Futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də Azərbaycan çempionu “Qarabağ”la Ukraynanın “Vorskla” klubu arasında keçiriləcək oyuna bilet satışı davam edir.

Dsport.az xəbər verir ki, artıq bu matça 5000 bilet satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletləri aşağıdakı satış məntəqələrindən əldə etmək olar:

“Qarabağ” FK (Fan-Şop)
Gənclik Mall
28 Mall
ASAN Xidmət (1,2, 3, 4 və Sumqayıt)
İticket satış məntəqələri
İticket.az (onlayn)