Avropa Liqası

“Qarabağ”a qol vurdu, rəmzi komandaya düşdü - FOTO

Futbol üzrə Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb.

Dsport.az xəbər verir ki, rəmzi komandada Avroliqanın 2-ci turunda “Qarabağ”la səfər oyununda (3:0) ilk qolu vuran “Arsenal”ın müdafiəçisi Sokratis Papastatopulos da yer alıb:

Qapıçı: Andrey Lunyov (“Zenit”); 

Müdafiəçilər: Ceyms Tavernier (“Reyncers”), Sokratis Papastatopulos (“Arsenal”), İbrahima Konate (“Leyptsiq”), Danni da Kosta (“Ayntraxt”);

Yarımmüdafiəçilər: Marin Tomasov (“Astana”), Leandro Paredes (“Zenit”), Kristoffer Zahariassen (“Sarpsborq”), Filip Kostiç (“Ayntraxt”);

Hücumçular: Leo Jaba (PAOK), Alfredo Morelos (“Reyncers”).