Avropa Liqası

Avroliqada turun ən yaxşı futbolçusu adına 4 namizəd

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Dsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, 2-ci turun ən yaxşı oyunçusu adına Alfredo Morelos (“Reyncers”), Patrik Kutrone (“Milan”), Leo Jaba (PAOK) və İslam Slimani (“Fənərbaxça”) namizəddi.

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşəcək.