Avropa Liqası

“Qarabağ” - “Arsenal”: 20 min bilet satılıb

Avropa Liqasının 2-ci turunda keçiriləcək “Qarabağ” - “Arsenal” oyununa bilet satışı davam edir.

Dsport.az xəbər verir ki, Bakı Olimpiya stadionunda keçiriləcək matça artıq 20 min bilet satılıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir. 

"Qarabağ" - "Arsenal" matçı oktyabrın 4-də, saat 20:55-də başlayacaq.

“Qarabağ” Avropa Liqasının ilk turunda keçirdiyi oyunda səfərdə “Sportinq”ə 0:2 hesabı ilə uduzub.