Avropa Liqası

Avroliqada “Qarabağ”a qol vurdu, rəmzi heyətdə yer aldı - FOTO

UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turunun rəmzi heyəti məlum olub.

Dsport.az xəbər verir ki, "Qarabağ"ın 0:2 hesabı ilə məğlub olduğu "Sportinq"in futbolçusu Rafinya rəmzi komandada yer alıb. 21 yaşlı futbolçu bu matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ”ın digər rəqibi olan “Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq da rəmzi komandaya düşüb. O, “Vorskla” (Ukrayna) ilə oyunda 2 qolla fərqlənib.