Avropa Liqası

“Sportinq”in baş məşqçisi “Qarabağ”da onları fərqləndirdi

Portuqaliyanın “Sportinq” klubunun baş məşqçisi Joze Pezeyru Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a evdə 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. 

Dsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk hissədə tam istədikləri səviyyədə oynaya bilmədiklərini bildirib: 

"Ancaq fasilədən sonra sürəti artırdıq və pressinqdən sonra hesabda irəli çıxdıq. Ardından cinahlarda yükənməni davam etdirdik və 2-ci qolu da vurduq. Bu sadəcə, ilk oyundu və qazandığımız 3 xaldı. Əlbəttə, qrupda qalib olmaq, növbəti mərhələyə çıxmaq istəyirik. Ancaq mübarizə yeni başlayıb, hər şey irəlidədi".

Pezeyru təmsilçimizin heyətində fərqlənən futbolçular olduğunu söyləyib: "Qarabağ"da təkcə Donald Gerye yox, Miçel Madera və digər yaxşı futbolçular var. Əlbəttə, Gerye ən yaxşılardandı. "Qarabağ" onu satır?". (Sport24)