Avropa Liqası

Almeydalı “Astana”dan Kiyev “Dinamo”su ilə heç-heçə

Qazaxıstanın “Astana” klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi bu klub səfərdə Kiyev “Dinamo”su (Ukrayna) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2. 

Almeyda da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 80-ci dəqiqədə əvəzlənib.