Avropa Liqası

“Beşiktaş”la “Çelsi” qalib gəldi, "Fənərbaxça" uduzdu

Futbol üzrə Avropa Liqasında (AL) qrup mərhələsinin oyunlarına start verilib.

Dsport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" səfərdə Portuqaliya “Sportinq”i ilə qarşılaşıb və 2 cavabsız qolla uduzub. “Köhlən atlar”ın yer aldığı E qrupunun digər oyununda "Arsenal" "Vorskla" ilə üz-üzə gəlib. London klubu bol qollu matçdan inamlı qələbə ilə ayrılıb.

Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı isə ilk turda Ukraynada Kiyev "Dinamo"sunun qonağı olub. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Türkiyənin Avropa Liqasındakı təmsilçilərindən "Beşiktaş" evdə Norveç "Sarpsporq"u ilə qarşılaşıb və qələbə qazanıb. "Fənərbaxça"nı səfərdə Zaqreb "Dinamo"suna böyük hesabla uduzub. Türkiyənin daha bir təmsilçisi - "Akhisarspor" da "Krasnodar"la ev oyununda minimal hesabla uduzub.

Avropa Liqası
20 senytabr

A qrupu

AEK (Larnaka, Kipr) - Sürix (İsveçrə) 0:1
Qol: Kololli, 61-pen.

Ludoqorets (Bolqarıstan) - Bayer (Almaniya) 2:3
Qol: Keseru, 8. Marselinyo, 31 - Haverts, 38; 69. Telin, 63.

B qrupu

Seltik (Şotlandiya) - Rusenborq (Norveç) 1:0
Qol: Qriffits, 87.

Leyptsiq (Almaniya) - Zalsburq (Avstriya) 2:3
Qol: Laymer, 70. Poulsen, 82 - Dabbur, 20. Haydara, 22. Qulbrandsen, 89.

C qrupu

Kopenhagen (Danimarka) - Zenit (Rusiya) 1:1
Qol: Sotiriu, 63 - Mak, 44.

Slaviya (Praqa, Çexiya) - Bordo (Fransa) 1:0
Qol: Jaromir, 35.

D qrupu

Dinamo (Zaqreb, Xorvatiya) - Fənərbaxça (Türkiyə) 4:1
Qol: Sunyiç, 16. Hayroviç, 27; 57. Olmo, 60 - Noyştadter, 47.

Spartak (Trnava, Slovakiya) - Anderlext (Belçika) 1:0
Qol: Oraveç, 79. 

E qrupu

Arsenal (İngiltərə) - Vorskla (Poltava, Ukrayna) 4:2
Qol: Obameyanq, 32; 56. Uelbek, 48. Özil, 74 - Çesnakov, 77. Şarpar, 90.

Sportinq (Lissabon, Portuqaliya) - Qarabağ (Azərbaycan) 2:0
Qol: Rafinya, 54. C.Kabral, 88.

F qrupu

Düdelanj (Lüksemburq) - Milan (İtaliya) 0:1
Qol: İquayn, 59.

Olimpiakos (Yunanıstan) - Betis (İspaniya) 0:0

G qrupu

Rapid (Vyana, Avstriya) - Spartak (Moskva, Rusiya) 2:0
Qol: Timofeyev, 50-öz qapısına. Murq, 68.

Vilyarreal (İspaniya) - Reyncers (Şotlandiya) 2:2
Qol: Bakka, 1. Moreno, 69 - Eyrfild, 67. Lafferti, 76.

H qrupu

Latsio (İtaliya) - Apollon (Kipr) 2:1
Qol: L.Alberto, 14. İmmobile, 84-pen – Zelaya, 88.

Olimpik (Marsel, Fransa) - Ayntraxt (Frankfurt, Almaniya) 1:2
Qol: Okampos, 3 – Torno, 52. Yoviç, 89.

I qrupu

Beşiktaş (Türkiyə) - Sarpsporq (Norveç) 3:1
Qol: Babel, 51. Roko, 69. Lens, 82 - Zakariassen, 90+3.

Genk (Belçika) - Malmö (İsveç) 2:0
Qol: Trossard, 37. Samata, 71.

J qrupu

Akhisarspor (Türkiyə) - Krasnodar (Rusiya) 0:1
Qol: Klaesson, 26.

Sevilya (İspaniya) - Standard (Lyej, Belçika) 5:1
Qol: Baneqa, 8; 74-pen. F.Vaskes, 41. Ben Yedder, 49; 70 – Djenepo, 39.

K qrupu

Dinamo (Kiyev, Ukrayna) - Astana (Qazaxıstan) 2:2
Qol: Tsiqankov, 11. Qarmaş, 45 – Aniçiç, 21. Murtazayev, 90.

Renn (Fransa) - Yablonets (Çexiya) 2:1
Qol: Sarr, 31. Ben Arfa, 90-pen – Travnik, 54.

L qrupu

PAOK (Yunanıstan) - Çelsi (İngiltərə) 0:1
Qol: Villian, 7.

Videoton (Macarıstan) - BATE (Belarus) 0:2
Qol: Tuominen, 27. Filipenko, 85.