Avropa Liqası

“Sportinq”dən “Qarabağ”la oyun üçün azarkeşlərə müraciət

Portuqaliyanın “Sportinq” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə azarkeşlərinə müraciət edib.

Dsport.az xəbər verir ki, Lissabon təmsilçisi fanatların bu qarşılaşmada pirotexniki vasitələrdən istifadə etməməsini və meydana kənar əşyalar atmamasını xahiş edib.

Qeyd edək ki, bu gün Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Komanda ötən mövsüm Avropa Liqasının 1/4 finalında evdə İspaniya "Atletiko"su ilə matçda azarkeşlərin oxşar davranışlarına görə cəzalandırılıb.