Avropa Liqası

“Qarabağ” - “Arsenal” matçı 50 manata!

Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinin ikinci turu çərçivəsində oktyabrın 4-də İngiltərənin “Arsenal” klubunu qəbul edəcək.

Dsport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri sabahdan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-di.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.

Satış məntəqələri:
Qarabağ FK Fan-şop (Park Bulvar)
İticket kassaları
Sumqayıt şəhəri (ASAN Xidmət)
28 Mall
Gənclik Mall

Qeyd: Stadionun qapıları oyundan 3 saat öncə açılacaq.