Avropa Liqası

Vəli Qasımov Avopa Liqasının püşkatmasına gedəcək

Avqustun 31-də Monakoda Avropa Liqasının cari mövsümünün qrup mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.

Dsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimində Azərbaycanı təmsil edən səfirlərdən biri futbol veteranı Vəli Qasımov olacaq.

Avropa Liqasının final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.