Avropa Liqası

“Qarabağ” - “Şerif”: Hər iki matçın başlama saatı bəllidi

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubuna qarşı keçirəcəyi oyunların başlama saatları müəyyənləşib.

Dsport.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

“Qarabağ”la “Şerif” arasında ilk görüş avqustun 23-də Tiraspolda - “Şerif” idman kompleksinin stadionunda olacaq. Cavab matçı isə ayın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.