Avropa Liqası

Avropa Liqasında pley-off mərhələsinin bütün cütlükləri

Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin bütün cütlükləri bəlli olub. 

Dsport.az xəbər verir ki, UEFA Çempionlar Liqasında çıxışını başa vuran Azərbaycan çempionu "Qarabağ" da mübarizəni Avroliqada davam etdirəcək.

Ağdam klubu bu turnirin qrup mərhələsinə vəsiqə uğrunda Moldova “Şerif”i ilə mübarizə aparacaq. Püşkə görə ilk matçda təmsilçimiz səfərdə çıxış edəcək.

Maraqlıdı ki, "Qarabağ" ötən mövsüm ÇL-də məhz "Şerif"i (evdə 0:0, səfərdə 2:1) keçərək futbol tariximizdə bu turnirdə pley-offa çıxan ilk komanda olub. Bu mövsüm isə ağdamlılar yenə bu rəqibi mübarizədən kənarlaşdırmaqla Avroliqanın qrup mərhələsinə vəsiqə əldə etmək şansı qazanıblar.

Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da keçiriləcək. 

Avropa Liqası
Pley-off mərhələsi

Çempionlar Yolu

Olimpiya (Sloveniya) - Spartak (Trnava, Slovakiya)
APOEL (Kipr) - Astana (Qazaxıstan)
Rusenborq (Norveç) - Şkendiya (Makedoniya)
Düdelanj (Lüksemburq) - ÇFR Kluj (Rumıniya)
Suduva (Litva) - Seltik (Şotlandiya)
Şerif (Moldova) - Qarabağ (Azərbaycan)
Malmö (İsveç) - Midtyulland (Danimarka)
Torpedo (Kutaisi, Gürcüstan) - Ludoqorets (Bolqarıstan)

Əsas yol

Siqma (Çexiya) - Sevilya (İspaniya)
Sarpsborq (Norveç) - Makkabi (Təl-Əviv, İsrail)
Gent (Belçika) - Bordo (Fransa)
Partizan (Serbiya) - Beşiktaş (Türkiyə)
Rapid (Avstriya) - Styaua (Rumıniya)
Apollon (Kipr) - Bazel (İsveçrə)
Reyncers (Şotlandiya) - Ufa (Rusiya)
Atalanta (İtaliya) - Kopenhagen (Danimarka)
Zenit (Rusiya) - Molde (Norveç)
Trençin (Slovakiya) - AEK (Larnaka, Kipr)
Genk (Belarus) - Brondbü (Danimarka)
Olimpiakos (Yunanıstan) - Bernli (İngiltərə)
Zarya (Ukrayna) - Leyptsiq (Almaniya)