Avropa Liqası

“Qarabağ”ın Avroliqadakı rəqibi bəlli oldu

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Dsport.az xəbər verir ki, keçirilən qarşılaşmalardan sonra pley-off mərhələsinə yüksələn komandalar müəyyənləşib.

Çempionlar Liqasında mübarizəni dayandıran və yoluna Avroliqada davam edən "Qarabağ"ın da rəqibi bəlli olub. 

Ağdam klubunun rəqibi "Valyur” (İslandiya) - "Şerif" (Moldova) cütünün qalibi olacaqdı.

İlk oyunda Moldova təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı. Cavab görüşündə bu komanda 1:2 hesabıyla uduzsa da, səfər qolu sayəsində mərhələ adlayıb. 

Beləliklə, "Qarabağ"ın pley-offdakı rəqibi "Şerif" olacaq. İlk oyun Moldovada, cavab görüşü isə Bakıda baş tutacaq.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da keçiriləcək.