Avropa Liqası

Avroliqa: “Jelezniçar” da növbəti mərhələdə

Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsində bir cavab oyunu keçirilib.

Dsport.az xəbər verir ki, Avroliqada günün yeganə qarşılaşmasında “Jelezniçar” doğma meydanda “Trans”la üz-üzə gəlib. “Jelezniçar” səfərdə 2:0 hesabı ilə məğlub etdiyi rəqibi ilə müqayisədə növbəti mərhələyə daha yaxın idi. Bu komanda doğma meydanda da inamlı qələbə qazanmaqla adını növbəti mərhələyə yazdırıb.

Bu mərhələnin qalan oyunları iyulun 19-da keçiriləcək. Azərbaycan təmsilçiləri – “Neftçi”, “Qəbələ” və “Keşlə” də rəqibləri ilə cavab matçına bu gün çıxacaq.

Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunları

17 iyul

Levski (Bolqarıstan) - Vaduts (Lixtenşteyn) 3:2 (ilk oyun 0:1)

Şkupi (Makedoniya) - Reyncers (Şotlandiya) 0:0 (0:2)

Honved (Macarıstan) - Rabotniçki (Makedoniya) 4:0 (1:2)

18 iyul

Jelezniçar (Bosniya və Herseqovina) - Trans (Estoniya) 3:1 (2:0)