Avropa Liqası

Avroliqada ilk mərhələnin 7 qalibi bəlli oldu

Futbol üzrə Avropa Liqasında da ilkin mərhələnin cavab oyunları keçirilib.

Dsport.az xəbər verir ki, bu mərhələdə baş tutan 7 qarşıdurma nəticəsində “B36 Torshavn”, “Trakai”, “Priştina”, “Qzira Yunayted”, “Tre Fiori”, “Klaksvik” və “Enqordani” klubları Avroliqanın 1-ci təsnifat mərhələsində mübarizə aparmaq hüququ qazanıb.

Qeydə alınan nəticələri təqdim edirik:

Avropa Liqası
İlkin mərhələnin cavab oyunları
5 iyul

Sent-Jozef (Cəbəllütariq) - B36 Torshavn (Farer adaları) 1:1, penaltilər 2:4 (1:1)

Trakai (Litva) - Sefn Druids (Uels) 1:0 (1:1)

Priştina (Kosovo) - Avropa (Cəbəllütariq) 5:0 (1:1)

Qzira Yunayted (Malta) - Sent Culia (Andorra) 2:1 (2:0)

Bala Taun (Uels) - Tre Fiori (San Marino) 1:0 (0:3)

Klaksvik (Farer adaları) - Birkirkara (Malta) 2:1 (1:1)

Folqore (San Marino) - Enqordani (Andorra) 1:1 (1:2)