Avropa Liqası

Avroliqada heç-heçələr günü

Futbol üzrə Avropa Liqasında da ilkin mərhələnin ilk oyunları keçirilib.

Dsport.az xəbər verir ki, bu mərhələnin bir oyunu iyunun 26-da baş tutmuşdusa, qalan görüşlər bu gün keçirilib. Əksər qarşılaşmalarda 1:1 hesabı qeydə alınıbsa, yalnız iki görüşdə meydan sahibləri qələbəni bayram ediblər.

Qeydə alınan nəticələri təqdim edirik:

Avroliqada ilkin mərhələnin cavab oyunları iyulun 5-də keçiriləcək.

Avropa Liqası
İlkin mərhələnin ilk oyunları
26 iyun

Sent Culia (Andorra) - Qzira Yunayted (Malta) - 0:2

28 iyun

Avropa (Cəbəllütariq) - Priştina (Kosovo) 1:1

Birkirkara (Malta) - Klaksvik (Farer adaları) 1:1

B36 Torshavn (Farer adaları) - Sent-Jozef (Cəbəllütariq) 1:1

Sefn Druids (Uels) - Trakai (Litva) 1:1

Enqordani (Andorra) - Folqore (San Marino) 2:1

Tre Fiori (San Marino) - Bala Taun (Uels) 3:0