Avropa Liqası

Avropa Liqasında da yeni mövsüm başladı

Futbol üzrə Avropa Liqasında da 2018-19 mövsümünə start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə ilkin mərhələnin bir oyunu baş tutub.

Andorranın “Sent Culia” klubu doğma meydanda Malta təmsilçisi “Qzira Yunayted”lə qarşılaşıb və 2 cavabsız qolla uduzub. Bu komandalar arasında cavab qarşılaşması iyulun 5-də keçiriləcək.

Avroliqada ilkin mərhələnin digər oyunları iyunun 28-də keçiriləcək.

Avropa Liqası
İlkin mərhələ
26 iyun

Sent Culia (Andorra) - Qzira Yunayted (Malta) - 0:2