Avropa Liqası

Avroliqada ilk təsnifat mərhələsinin bütün cütləri

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. 

Dsport.az xəbər verir ki, püşk nəticəsində Azərbaycanı bu turnirdə təmsil edəcək 3 klubun - “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də rəqibləri bəlli olub. 

Premyer Liqanın gümüş mükafatçısı “Qəbələ”nin bəxtinə Lüksemburqun "Proqres" klubu düşüb. "Qəbələ" bu rəqiblə ilk oyununu səfərdə, cavab görüşünü evdə keçirəcək.

Çempionatı üçüncü pillədə başa vuran “Neftçi”ni Macarıstanın "Uypeşt" klubu ilə duellər gözləyir. İlk oyun Bakıda, cavab görüşü səfərdə olacaq.

Ölkə kubokunun qalibi “Keşlə”yə isə Maltanın "Baltsan" klubu rəqib olub. "Keşlə" bu rəqiblə ilk oyununu səfərdə, cavab matçını Bakıda keçirəcək.

Ümumilikdə 47 cütün formalaşdığı 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsi

Styarnan (İslandiya) – Nomme Kalyu (Estoniya)
Dunayska Streda (Slovakiya) - Dinamo (Tiflis, Gürcüstan)
Rasinq Yunion (Lüksemburq) - Viitorul (Rumıniya)
Derri Siti (İrlandiya) - Dinamo (Minsk, Belarus)
Şemrok Rovers (İrlandiya) - AIK (İsveç)
Banants (Ermənistan) - Sarayevo (Bosniya və Herseqovina)
Baltsan (Malta) - KEŞLƏ (AZƏRBAYCAN)

İlves (Tampere, Finlandiya) - Slaviya (Sofiya, Bolqarıstan)
Ştumbras (Litva) - Apollon (Limassol, Kipr)
Samtredia (Gürcüstan) - Tobol (Qazaxıstan)
Torshavn (Farer adaları)/Sent Cosef (Cəbəllütariq) - OFK (Çernoqoriya)
Konnas Kuey (Uels) – Şaxtyor (Soliqorsk, Belarus)
Enqordani (Andorra)/Folqor (San Marino) - Kayrat (Almatı, Qazaxıstan)
Honved (Macarıstan) - Rabotniçki (Makedoniya)

Birkirkara (Malta)/Klaksvik (Farer adaları) - Jalgiris (Litva)
Şiroki Briyeq (Bosniya və Herseqovina) - Domjale (Sloveniya)
Partizani (Albaniya) - Maribor (Sloveniya)
Zarya (Beltsı, Moldova) - Qornik (Polşa)
Laxti (Finlandiya) - Hafnarfyordur (İslandiya)
Petrokub (Moldova) - Osiyek (Xorvatiya)
Rudar (Çernoqoriya) - Partizan (Serbiya)

Fola Eş (Lüksemburq) - Europa (Cəbəllütariq)/Priştina (Kosovo)
Reyncers (Şotlandiya) - Şkupi (Makedoniya)
NEFTÇİ (AZƏRBAYCAN) - Uypeşt (Macarıstan)
Spartak (Subotiça, Serbiya) - Kolreyn (Şimali İrlandiya)
Ventspils (Latviya) - Luftetari (Albaniya)
Anortosis (Kipr) - Laçi (Albaniya)
ÇSKA (Sofiya, Bolqarıstan) - Riqa (Latviya)

Qlenavon (Şimali İrlandiya) - Molde (Norveç)
Proqres (Lüksemburq) - QƏBƏLƏ (AZƏRBAYCAN)
Buduçnost (Çernoqoriya) - Trençin (Slovakiya)
Pünik (Ermənistan) - Vardar (Makedoniya)
Kliftonvil (Şimali İrlandiya) - Nordsyelland (Danimarka)
Ferentsvaroş (Macarıstan) - Makkabi (Təl-Əviv, İsrail)
Milsami (Moldova) - Slovan (Bratislava, Slovakiya)

Radniçki (Serbiya) - Sent Culiya (Andorra)/Qzira Yunayted (Malta)
Haybernian (Şotlandiya) - NSİ Runavik (Farer adaları)
Lex (Polşa) - Qandzasar (Ermənistan)
Rudar (Sloveniya) - Tre Fiori (San Marino)/Bala Taun (Uels)
Çixura (Gürcüstan) - Beytar (İsrail)
Levadiya (Estoniya) - Dandolk (İrlandiya)
Vaduts (Lixtenşteyn) - Levski (Sofiya, Bolqarıstan)
Vestmannaeyyar (İslandiya) - Sarpsborq (Norveç)
Jelezniçar (Bosniya və Herseqovina) - Narva Trans (Estoniya)
Kopenhagen (Danimarka) - KuPS (Finlandiya)
Kevn Druids (Uels)/Trakay (Litva) – İrtış (Qazaxıstan)
Liepaya (Latviya) - Hakken (İsveç)