Avropa Liqası

“Qarabağ” “Olimpiya”ya məğlub olsa…

UEFA bu gün Çempionlar Liqası və Avropa Liqasının ilkin təsnifat mərhələləri ilə bağlı daha bir püşkatma keçirib.

Dsport.az xəbər verir ki, bu gün baş tutan ilk iki püşkatmada ÇL-in 1-ci və 2-ci təsnifat mərhələlərində hansı komandaların qarşılaşacağıq müəyyənləşmişdi. Günün son püşkündə isə Çempionlar Liqasının ilk təsnifat mərhələsində uduzacaq komandaların Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Məlum olduğu kimi, ÇL-də ilk təsnifat mərhələsində mübarizəni dayandıran kollektivlər Avroliqada oynamaq məcburiyyətində qalır. 

Əslində, Avroliqanın püşkatması sabah keçiriləcək. Lakin Avroliqaya ÇL-dən gedəcək kollektivlərin aqibətinə məhz bu gün baş tutan püşk aydınlıq gətirib. Beləliklə, Avroliqanın 2-ci təsnifat mərhələsində Çempionlar yolunda ÇL-in ilkin mərhələsində məğlub olan 3 komanda, həmçinin 1-ci təsnifat mərhələsinin 15 məğlub komandası mübarizə aparacaq. Onlar ümumilikdə 9 cütlük təşkil edəcək.

Avropa Liqasının əsas yolunun püşkü isə sabah atılacaq. Hansı ki, bu mərasimdə “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də rəqibləri bilinəcək.

Avropa Liqası
2-ci təsnifat mərhələsi, Çempionlar yolu

Şkendiya (Makedoniya)/TNS (Uels) - İlkin mərhələnin ikincisi

Torpedo (Kutaisi, Gürcüstan)/Şerif (Moldova) - HJK (Finlandiya)/Vikinqur (Farer adaları)

Spartak (Trnava, Slovakiya)/Zrinski (Bosniya və Hersoqovina) - Kukesi (Albaniya)/Valletta (Malta)

Santa Koloma (Andorra)/Drita (Kosovo) - Valur (İslandiya)/Rusenborq (Şimali İrlandiya)

Astana (Qazaxıstan)/Sutyeska (Çernoqoriya) - Alaşkert (Ermənistan)/Seltik (Şotlandiya)

Düdelanj (Lüksemburq)/Videoton (Macarıstan) – İlkin mərhələnin qalibi/Malmö (İsveç)

Spartak (Yurmala, Latviya)/Srvena Zvezda (Serbiya) - La Fiorita (San Marino)/Linkoln (Cəbəllütariq)

Suduva (Litva)/APOEL (Kipr) - Flora (Estoniya)/Hapoel (Beer-Şeva, İsrail)

Olimpiya (Lyublana, Sloveniya)/Qarabağ (Azərbaycan) - Ludoqorets (Bolqarıstan)/Kruzeyders (Şimali İrlandiya)

Ölkə çempionları üçün təsəlli xarakteri daşıyan bu mərhələnin ilk oyunları iyulun 26-da, cavab matçları avqustun 2-də baş tutacaq.