Avropa Liqası

Final matçının ən yaxşısı açıqlandı

Futbol üzrə Avropa Liqasının “Atletiko” və “Olimpik” (Marsel) arasında keçirilmiş final görüşünün ən yaxşı futbolçusu müəyyənləşib.

Dsport.az xəbər verir ki, “hindular”ın hücumçusu Antuan Qrizmann həlledici görüşün ən yaxşısı seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Oyunda komandasının 3:0 hesablı qələbəsinə iki qolla töhfə verən Qrizmann, final görüşünün ən yaxşısı hesab edilib.

27 yaşlı fransız hücumçu son avrokubok mövsümündə şans qazandığı 14 oyunda 8 qola imza atıb.

O, son Avroliqa mövsümündə meydana çıxdığı 8 matçda 6 qol vurub.