Avropa Liqası

Avropa Liqası: “Atletiko” çempion oldu

Bu gün futbol üzrə Avropa Liqasının final matçı keçirilib.

Dsport.az xəbər verir ki, nüfuzuna görə qitənin ikinci dərəcəli klub turnirinin final görüşü Fransanın Lion şəhərində baş tutub.

Burada Fransanın “Olimpik” (Marsel) klubu ilə İspaniya təmsilçisi “Atletiko” (Madrid) üz-üzə gəlib. Matçı ispanların inamlı qələbəsiylə başa çatıb. Rəqibini darmadağın edən “Atletiko” tarixində üçüncü dəfə bu turnirin qalibi olub.

Xatırladaq ki, Madrid təmsilçisi iki dəfə Avroliqanın qalibi olmuşdu (2010 və 2012-ci illərdə). Marsel klubu isə daha öncə də iki dəfə bu turnirin finalına yüksəldiyi halda məğlub olmuşdu (1999 və 2004-cü illərdə).

Avropa Liqası
Final
16 may

22:45. “Olimpik” (Marsel, Fransa) - “Atletiko” (İspaniya) 0:3
Qollar: Antuan Qrizmann, 21; 49. Qabi, 89.
Baş hakimi: Byörn Keypers (Hollandiya).
Lion. Stad-de-Lion.

“Olimpik”: Mandanda, Okampos, Sanson, Dmitri Payet (k), Sarr, Amavi, Luis Qustavo, Rami, Toven, Jermen, Angissa.
Ehtiyat oyunçular: Pele, Sakai, Kamara, Rolando, Mitroqlu, Njye, Lopes.
"Atletiko": Yan Oblak, Dieqo Qodin, Koke, Antuan Qrizmann, Saul Niqez, Anhel Korrea, Qabi (k), Vrsalko, Dieqo Kosta, Lukas, Ximenes.
Ehtiyat oyunçular: Verner, Felipe Luis, Tomas Partey, Fernando Torres, Saviç, Xuanfran, Qameyro.