Avropa Liqası

Avroliqada həftənin ən yaxşı oyunçusu adına 2 namizəd

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Dsport.az xəbər verir ki, ən yaxşı adını qazanmağa iki namizəd var. Bunlardan biri Avstriyanın “Zalsburq” klubunun yarımmüdafiəçisi Amadu Haydara, digəri isə Madrid “Atletiko”sunun hücumçusu Dieqo Kostadı.

Qeyd edək ki, Avroliqanın yarımfinal mərhələsi çərçivəsində Fransanın “Olimpik” (Marsel) klubu ilə qarşılaşan “Zalsburq” 2:1 hesablı qələbə qazansa da, ilk oyundakı məğlubiyyətə (0:2) görə finala yüksələ bilmədi. Haydara isə cavab qarşılaşmasındakı qollardan birinin müəllifi oldu.

Kosta isə “Atletiko”nun İngiltərə “Arsenal”ı ilə cavab oyununda (1:0) komandasının qələbə qolunu vurub. Onun komandası səfərdə heç-heçə etmişdi (1:1).

Həftənin ən yaxşı oyunçusunun adı UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticəsində müəyyənləşəcək.