Avropa Liqası

Avroliqada yarımfinalın cütləri müəyyənləşdi

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.

Dsport.az xəbər verir ki, “Olimpik” (Marsel, Fransa), “Zalsburq” (Avstriya), “Atletiko” (İspaniya) və “Arsenal” (İngiltərə) finala gedən yolda rəqiblərini tanıyıblar. Püşkatmada hər bir komanda digəri ilə düşə bilərdi.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində Marsel "Olimpik"i "Zalsburq"la, Madrid "Atletiko"su isə "Arsenal"la düşüb.

Yarımfinal mərhələsinin ilk oyunları aprelin 26-da, cavab qarşılaşmaları isə mayın 3-də keçiriləcək. Avroliqanın cari mövsümünün final oyunu mayın 16-da, Fransanın Lion şəhərində baş tutacaq.

Avropa Liqası
Yarımfinal

Olimpik (Marsel, Fransa) - Zalsburq (Avstriya)
Arsenal (İngiltərə) - Atletiko (İspaniya)