Avropa Liqası

Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Dsport.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, London "Arsenal"ının futbolçusu Aaron Remzi ən yaxşı oyunçu seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. O, 70 faiz səslə birinci olub.

Uelsli futbolçu Avroliqanın 1/4 final mərhələsinin Moskva ÇSKA-sı ilə ilk oyununda (4:1) dublla yadda qalıb.

“Atletiko”nun futbolçusu Antuan Qrizmann respondentlərin 17% səsini toplayaraq 2-ci olub. İlk üçlüyü 7% səslə “Leytpsiq”li Timo Verner qapayıb.