Avropa Liqası

Avroliqa matçında kütləvi dava

Avropa Liqasının 1/8 finalında Fransanın “Olimpik” (Lion) və Rusiyanın ÇSKA (Moskva) oyunundan əvvəl insident yaşanıb.

Dsport.az xəbər verir ki, komandaların azarkeşləri arasında dava-dalaş olub. “L’Equipe” nəşrinin məlumatına görə, rus azarkeşlər fransızlara hücum ediblər.

Dava-dalaş oyunun startına az qalmış başlayıb. Hadisəyə polis müdaxilə edib. Aranı sakitləşdirmək üçün polis gözyaşardıcı qazdan yararlanıb.

Hadisə zamanı 8 polis əməkdaşının yaralandığı bildirilir. Üç nəfər həbs olunub.

Başqa bir informasiyada isə bildirilir ki, qarşıdurma klubların azarkeşləri arasında yox, fransız fanatlarla polis arasında olub.