Avropa Liqası

“Atletiko”dan darmadağın, “Milan”la “Borussiya”dan məğlubiyyət​

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Dsport.az xəbər verir ki, ən maraqlı oyunlardan biri İtaliyada baş tutub. Burada “Milan” doğma azarkeşlər önündə İngiltərə təmsilçisi “Arsenal”la qarşılaşıb. London klubu çətin səfərdə inamlı qələbəyə sevinib.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi olmuş İspaniyanın “Atletiko” klubu evdə Rusiya “Lokomotiv”i ilə üz-üzə gəlib. Madrid təmsilçisi darmadağınla qalib gəlib.

İspaniyanın turnirdəki digər təmsilçisi “Atletik” isə Fransada Marsel “Olimpik”i ilə qarşılaşıb. Fransızlar rəqibi məğlub yola salmağa nail olublar.

Dortmund “Borussiya”sı isə evdə “Zalsburq”la qarşılaşmada gözlənilməz məğlubiyyətlə üzləşib.

Avropa Liqası
1/8 finalın ilk oyunları
8 mart

“Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) 0:2
Qol: Mxitaryan, 15. Remzi, 45.

“Borussiya” (Dortmund, Almaniya) – “Zalsburq” (Avstriya) 1:2
Qol: Şürrle, 63 - Berişa, 49-pen; 56.

ÇSKA (Moskva, Rusiya) – “Olimpik” (Lion, Fransa) 0:1
Qol: Marselo, 68.

“Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya) 3:0
Qol: Saul, 22. D.Kosta, 47. Koke, 90.

“Latsio” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) 2:2
Qol: İmmobile, 54. Anderson, 62 - Tsiqankov, 52. Moraes, 79.

“Olimpik” (Marsel, Fransa) – “Atletik” (Bilbao, İspaniya) 3:1
Qol: Okampos, 1; 58. Payet, 14 - Aduris, 45-pen.

“Leyptsiq” (Almaniya) – “Zenit” (Rusiya) 2:1
Qol: Bruma, 56. Verner, 77 - Krisçito, 86.

“Sportinq” (Portuqaliya) – “Viktoriya” (Çexiya) 2:0
Qol: Montero, 45; 49.