Avropa Liqası

Avroliqada həftənin ən yaxşı futbolçusu

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Dsport.az xəbər verir ki, bu həftənin ən yaxşısı adına 4 namizəd var idi. Bunlar Çiro İmmobile ("Latsio"), Fabio Borini ("Milan"), Kevin Qameyro ("Atletiko", Madrid) və Pyotr Zelinski idi ("Napoli").

Həftənin ən yaxşı futbolçusunun adı UEFA-nın rəsmi saytında keçirilən sorğu nəticəsində müəyyənləşib. Daha çox səs toplayan İmmobile birinci olub. O, səslərin 49 faizini toplayıb.

İkinci yeri 32 faiz səslə Borini tutub. Qameyro üçüncü (15 faiz səs), Zelinski isə (4 faiz) sonuncu olub.