Avropa Liqası

Avroliqada bu həftənin rəmzi komandası açıqlandı

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarından sonra bu həftənin rəmzi komandası açıqlanıb.

Dsport.az xəbər verir ki, UEFA-nın rəsmi saytında açıqlanan heyətdə adları aşağıda qeyd olunan futbolçular yer alıb:

Qapıçı: Antoni Lopeş ("Olimpik", Lion);

Müdafiəçilər: Bastoş ("Latsio"), Lukas Qeyda ("Viktoriya"), Mixalis Bakakis (AEK);

Yarımmüdafiəçilər: Marin Tomasov ("Astana"), Bruno Fernandes ("Sportinq"), Felipe Anderson ("Latsio");

Hücumçular: Çiro İmmobile ("Latsio"), Moanes Dabbur ("Zalsburq").