Avropa Liqası

Avropa Liqasında 1/8 finalın püşkü atıldı

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Dsport.az xəbər verir ki, budəfəki püşkdə komandalar səbətlərə bölünməyib. Bu da o deməkdi ki, istənilən reytinqə malik olan komandalar, hətta eyni ölkə təmsilçiləri də bu mərhələdə üz-üzə gələ bilərdi.

1/8 final mərhələsinin ilk oyunları martın 8-də, cavab qarşılaşmaları isə bir həftə sonra - ayın 15-də keçiriləcək.

Avropa Liqası
1/8 final

"Latsio" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

"Leypsiq" (Almaniya) - "Zenit" (Rusiya)

"Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Rusiya)

ÇSKA (Moskva, Rusiya) - "Olimpik" (Lion, Fransa)

"Olimpik" (Marsel, Fransa) - "Atletik" (İspaniya)

"Sportinq" (Portuqaliya) - "Viktoriya" (Çexiya)

"Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya)

"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)