Avropa Liqası

“Qarabağ”ın qurbanlarının qarşılaşması”

Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində sabah Madrid "Atletiko"su Danimarkada "Kopenhagen"in qonağı olacaq.

Dsport.az xəbər verir ki, bu matç öncəsi İspaniyanın "Marca" qəzeti yazı dərc edib. "Qarabağ"ın qurbanlarının qarşılaşması" başlıqlı yazıda Ağdam klubunun "Atletiko"nu Çempionlar Liqasının qrup mərhələsinə çıxmasına mane olduğu vurğulanıb. Hər iki klubun ÇL-də uğursuzluğa düçar olmasında "Qarabağ"ın rolu qeyd edilib.

Qeyd edək ki, "Qarabağ" ÇL-in qrup mərhələsində "Atletiko" ilə hər iki matçda heç-heçə (0:0; 1:1) edib. Ağdam klubu ÇL-in pley-off mərhələsində isə "Kopenhagen"i səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qrup mərhələsinə düşüb.