Avropa Liqası

1 milyon avro mükafat söz verdi - Avroliqada mərhələ adlamaq üçün

Yunanıstanın AEK klubunun sahibi Dimitris Melissanidis komanda üzvlərinə Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Kiyev “Dinamo”sunu (Ukrayna) mübarizədən kənarlaşdıracaqları halda böyük mükafat söz verib.

Dsport.az xəbər verir ki, sözügedən kollektiv 1/8 finala vəsiqə qazansa, oyunçuların hər biri 1 milyon avro mükafat əldə edəcək. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. 

Melissanidis komandasına Avroliqanın qrupundan çıxacaqları halda da 300 min avro mükafat vəd etmişdi. Amma indi o, bu məbləğin üstünə daha 1 milyon avro əlavə edib. Lakin bir şərtlə. Belə ki, AEK 1/16 final mərhələsində mübarizəni dayandırsa, futbolçular qrupdan çıxmağa görə vəd edilən mükafatı da itirəcəklər.

Klub prezidentinin bu şərtinin futbolçular tərəfindən də qəbul etdiyi qeyd olunur.