Avropa Liqası

Avroliqada son turun rəmzi komandası

UEFA Avropa Liqasında qrup mərhələsinin son turunun rəmzi komandası açıqlanıb.

Dsport.az xəbər verir ki, ən yaxşı 11-likdə aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçı: Nenad Eriç ("Astana");

Müdafiəçilər: Matye Debyuşi ("Arsenal"), Sotirios Papagiannopoulos ("Ostersun), Marin Aniçiç ("Astana"), Mukola Morozyuk ("Dinamo" Kiyev);

Yarımmüdafiəçilər: Teo Uolkott, Cek Uilşir (hər ikisi "Arsenal"), Raul Qarsiya ("Atletik" Bilbao), Ademola Lookman ("Everton");

Hücumçular: Aritz Aduriz ("Atletik" Bilbao), Junior Moraes ("Dinamo" Kiyev).