Avropa Liqası

Avropa Liqasında son turun ən yaxşısı bəlli oldu

Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun ən yaxşı futbolçusunun adı açıqlanıb.

Dsport.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun nəticələrinə əsasən, Rusiyanın “Zenit” klubunun müdafiəçisi Branislav İvanoviç son turun ən yaxşı oyunçusu seçilib.

Serbiyalı futbolçu sorğuda Manuel Fernandes ("Lokomotiv"), Marin Aniçiç ("Astana"), Junior Moraes ("Dinamo" Kiyev), Oqnen Vraneş (AEK), Aris Aduris ("Atletik" Bilbao), Cek Uilşir ("Arsenal") və Harlem Qnoereni ("Styaua") qabaqlayıb. O, səslərin 39 faizini toplayıb.

İvanoviç İspaniyanın "Real Sosyedad" klubuna 3:1 hesabı ilə qalib gəldikləri oyunda komandasının 2-ci qolunu vurub.

Sorğuda ikinci yeri 21 faiz səs toplamış Harlem Qnoere tutub. Üçüncü pillədə isə 8 faizlə Manuel Fernandes qərarlaşıb.