Avropa Liqası

Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu

Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

Dsport.az xəbər verir ki, Qazaxıstanın “Astana” klubu tarixi ərzində ilk dəfə qrup mərhələsini adlayıb. Bunun üçün qazaxlar səfərdə “Slaviya”nı məğlub etməliydi. Çexiya təmsilçisinə isə doğma meydanda heç-heçə də sərf edirdi. Lakin qazaxlar bu oyunda minimal hesabla qalib gələrək, tarix yazıblar.

C qrupunda mübarizə aparan “Başakşəhər”in də taleyinə bu gün aydınlıq gəlib. İstanbul təmsilçisi Avroliqada 1/16 funal mərhələsinə vəsiqə qazanmaq üçün doğma meydanda qrup lideri, artıq növbəti mərhələyə vəsiqəni təmin etmiş “Braqa”nı məğlub etməliydi. Ancaq türklərin taleyi heç də özlərindən asılı deyildi. Belə ki, “narıncı-göylər”in mərhələ adlaması üçün “Hoffenhaym” da “Ludoqorets”i üstələməliydi. Lakin türklər öz işlərinin öhdəsindən gəlsələr də, qrupun digər matçında qeydə alınan heç-heçə "Başakşəhər"in qrupda qalması ilə nəticələnib.

Türkiyənin qitənin ikinci dərəcəli klub turnirindəki digər təmsilçisi “Konyaspor”un işi isə daha çətin idi. Konya təmsilçisi mərhələ adlamaq üçün səfərdə “Gimaraynş”ı məğlub etməklə yanaşı, artıq növbəti mərhələyə vəsiqəni təmin etmiş “Zalsburq”un Fransada “Marsel”i məğlub etməsinə ümid etməliydi. Amma qrupdakı hər iki oyun heç-heçə bitib və Türkiyənin digər təmsilçisi də Avroliqada mübarizəni dayandırıb.

Avropa Liqası
Qrup mərhələsi
7 dekabr

A qrupu

Slaviya (Çexiya) - Astana (Qazaxıstan) 0:1
Qol: Aniçiç, 38.

Vilyarreal (İspaniya) - Makkabi (Təl-Əviv, İsrail) 0:1
Qol: Blakman, 60.

Vilyarreal – 11, Astana – 10, Slaviya – 8, Makkabi – 4.

B qrupu

Yanq Boyz (İsveçrə) - Skenderbeu (Albaniya) 2:1
Qol: Hoarau, 55. Assale, 90 - Qavazay, 51.

Dinamo (Kiyev, Ukrayna) - Partizan (Serbiya) 4:1
Qol: Morozyuk, 6. Moraes, 28; 31; 77-pen - Yevtoviç, 45-pen.

Dinamo – 13, Partizan – 8, Yanq Boyz – 6, Skenderbeu – 5.

C qrupu

Hoffenhaym (Almaniya) - Ludoqorets (Bolqarıstan) 1:1
Qol: Oxs, 25 - Vanderson, 62.

Başakşəhər (Türkiyə) - Braqa (Portuqaliya) 2:1
Qol: Visça, 10. Əmrə, 77-pen - Raul, 55.

Braqa – 10, Ludoqorets – 9, Başakşəhər – 8, Hoffenhaym – 5.

D qrupu

Austria (Avstriya) - AEK (Yunanıstan) 0:0

Riyeka (Xorvatiya) - Milan (İtaliya) 2:0
Qol: Pulyiç, 7. Qavranoviç, 47.

Milan – 11, AEK – 8, Riyeka – 7, Austriya – 5.

E qrupu

Apollon (Kipr) - Everton (İngiltərə) 0:3
Qol: Lukman, 21; 27. Vlasiç, 87.

Atalanta (İtaliya) – Olimpik (Lion, Fransa) 1:0
Qol: Petanya, 10.

Atalanta – 14, Olimpik – 11, Everton – 4, Apollon – 3.

F qrupu

Kopenhagen (Danimarka) - Şerif (Moldova) 2:0
Qol: Sotiriu, 56. Luftner, 59.

Zlin (Çexiya) - Lokomotiv (Rusiya) 0:2
Qol: Mirançuk, 70. Farfan, 75.

Lokomotiv – 11, Kopenhagen – 9, Şeriff – 9, Zlin – 2.

G qrupu

Hapoel (Beer-Şeva, İsrail) - Viktoriya (Plzen, Çexiya) 0:2
Qol: Heyda, 28. Horava, 83.

Styaua (Rumıniya) - Luqano (İsveçrə) 1:2
Qol: Qnoere, 60 - Daprela, 3. Veçsey, 32.

Viktoriya – 12, Styaua - 10, Luqano – 9, Hapoel – 4.

H qrupu

Arsenal (İngiltərə) - BATE (Belarus) 6:0
Qol: Debuşi, 11. Uolkott, 37. Uilşir, 43. Polyakov, 51-öz qapısına. Jiru, 64. Elneni, 74.

Srvena Zvezda (Serbiya) - Köln (Almaniya) 1:0
Qol: Srniç, 22. 

Arsenal – 13, Srvena Zvezda – 9, Köln – 6, BATE – 5.

İ qrupu

Olimpik (Marsel, Fransa) - Zalsburq (Avstriya) 0:0

Gimaraynş (Portuqaliya) - Konyaspor (Türkiyə) 1:1
Qol: A.Turan, 77-öz qapısına - Burabiya, 15.

Zalsburq – 12, Olimpik – 8, Konyaspor – 6, Gimaraynş – 5.

J qrupu

Herta (Almaniya) - Ostersun (İsveç) 1:1
Qol: Pekarik, 61 - Sotirios, 58.

Zarya (Ukrayna) - Atletik (İspaniya) 0:2
Qol: Aduris, 70. Qarsiya, 86.

Atletik – 11, Ostersun – 11, Zarya - 6, Herta – 5.

K qrupu

Vitess (Hollandiya) - Nitsa (Fransa) 1:0
Qol: Kastanyos, 84.

Sulte-Varegem (Belçika) - Latsio (İtaliya) 3:2
Qol: Pau, 6. Heylen, 60. İseka, 83 - Kaysedo, 67. Leyva, 76.

Latsio – 13, Nitsa – 9, Sulte-Varegem – 7, Vitess – 5.

L qrupu

Real Sosyedad (İspaniya) - Zenit (Rusiya) 1:3
Qol: Xose, 58 - Yerokin, 35. İvanoviç, 64. Paredes, 85.

Vardar (Makedoniya) - Rusenborq (Norveç) 1:1
Qol: Ytalo, 9 - Bendtner, 45-pen.

Zenit – 16, Real Sosyedad – 12, Rusenborq – 5, Vardar – 1.