Avropa Liqası

Avroliqada da 4-cü turun ən yaxşı oyunçusu bəlli oldu

Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusunun adı açıqlanıb.

Dsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan sorğu nəticəsində Rumıniyanın “Styaua” klubunun yarımmüdafiəçisi Konstantin Budesku bu turun ən yaxşı oyunçu seçilib. O, səslərin 57 faizini toplayıb.

Qeyd edək ki, Budesku İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşmada (1:1) məhsuldar ötürmə ilə yadda qalıb.

Səsvermədə Səlim Ay (“Konyaspor") 2-ci (19 faiz), Dominik Prokop isə (“Austria”) 3-cü (10 faiz) olub.