Avropa Liqası

“Arsenal”la “Milan” büdrədi, Türkiyə klubları... - AL-də gecənin nəticələri

Futbol üzrə Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, D qrupunda mübarizə aparan “Milan” Afinada AEK-lə üz-üzə gəlib və növbəti xal itkisi ilə üzləşib.

Günün maraqlı oyunlarından biri də İtaliyada keçirilib. Qrupda keçirdiyi bütün oyunları qələbə ilə başa vuran “Latsio” ən yaxın izləyicisi “Nitsa”nı qəbul edib. Qarşılaşma romalıların qələbəsiylə başa çatıb.

H qrupunda mübarizə aparan, “Latsio” kimi yüzfaizlik nəticəyə imza atmış “Arsenal” isə evdə “Srvena Zvezda” ilə üz-üzə gəlib. Arsen Vengerin yetirmələri bu matçdan qalib ayrılacağı təqdirdə, 1/16 finala vəsiqəni təmin edəcəkdi. Lakin londonlular bu şansı əldən veriblər.

4-cü turdan sonra Kiyev "Dinamo"su və "Latsio" növbəti mərhələyə vəsiqəni təmin edib.

Avropa Liqası
Qrup mərhələsi
2 noyabr

A qrupu

Makkabi (Təl-Əviv, İsrail) - Astana (Qazaxıstan) 0:1
Qol: Tvumasi, 57.

Slaviya (Çexiya) - Vilyarreal (İspaniya) 0:2
Qol: Bakka, 15. Deli, 89-öz qapısına.

Vilyarreal – 8, Astana – 7, Slaviya – 5, Makkabi – 1.

B qrupu

Yanq Boyz (İsveçrə) - Dinamo K (Ukrayna) 0:1
Qol: Buyalski, 70.

Partizan (Serbiya) - Skenderbeu (Albaniya) 2:0
Qol: Toşiç, 39. Kana, 66.

Dinamo – 10, Partizan – 5, Yanq Boyz – 3, Skenderbeu – 2.

C qrupu

Başakşəhər (Türkiyə) - Hoffenhaym (Almaniya) 1:1
Qol: Visça, 90 - Qrilitş, 47.

Ludoqorets (Bolqarıstan) - Braqa (Portuqaliya) 1:1
Qol: Marselinyo, 68 - Fransercio, 83.

Ludoqorets – 8, Braqa – 7, Hoffenhaym – 4, Başakşəhər – 2.

D qrupu

AEK (Yunanıstan) - Milan (İtaliya) 0:0

Riyeka (Xorvatiya) - Austria (Avstriya) 1:4
Qol: Paviçiç, 61 - Prokop, 41; 62. Serbest, 73. Monşayn, 83. 

Milan – 8, AEK – 6, Austria – 4, Riyeka – 3.

E qrupu

Apollon (Kipr) - Atalanta (İtaliya) 1:1
Qol: Zelaya, 90 - İliçiç, 35.

Olimpik (Lion, Fransa) - Everton (İngiltərə) 3:0
Qol: Traore, 68. Auar, 76. Depay, 88.

Atalanta – 8, Olimpik – 8, Apollon – 3, Everton – 1.

F qrupu

Kopenhagen (Danimarka) - Zlin (Çexiya) 3:0
Qol: Lüftner, 40. Verbiç, 49; 90.

Lokomotiv (Rusiya) - Şerif (Moldova) 1:2
Qol: Farfan, 26 - Badibanqa, 41. Brezoveç, 58.

Kopenhagen – 6, Şerif – 6, Lokomotiv – 5, Zlin – 2.

G qrupu

Styaua (Rumıniya) - Hapoel (Byer-Şeva, İsrail) 1:1
Qol: Koman, 31 - Sahar, 37.

Viktoriya (Çexiya) - Luqano (İsveçrə) 4:1
Qol: Krmençik, 4; 19. Horava, 45. Çermak, 56 - Mariani, 15.

Styaua – 10, Viktoriya – 6, Hapoel – 4, Luqano – 3.

H qrupu

Köln (Almaniya) - BATE (Belarus) 5:2
Qol: Zoller, 16. Osako, 54; 82. Jirassi, 63. Yojiç, 90 - Milunoviç, 31. Siqneviç, 33.

Arsenal (İngiltərə) - Srvena Zvezda (Serbiya) 0:0

Arsenal – 10, Srvena Zvezda – 5, BATE – 4, Köln – 3.

İ qrupu

Zalsburq (İsveçrə) - Konyaspor (Türkiyə) 0:0

Gimaraynş (Portuqaliya) – Olimpik (Marsel, Fransa) 1:0
Qol: Hurtado, 80.

Zalsburq – 8, Olimpik – 6, Gimaraynş – 4, Konyaspor – 4.

J qrupu

Atletik (İspaniya) - Ostersun (İsveç) 1:0
Qol: Aduris, 70.

Herta (Almaniya) - Zarya (Ukrayna) 2:0
Qol: Selke, 16: 73.

Ostersun – 7, Zorya – 6, Atletik – 5, Herta – 4.

K qrupu

Latsio (İtaliya) - Nitsa (Fransa) 1:0
Qol: Markan, 90-öz qapısına.

Vitess (Hollandiya) - Sulte-Varegem (Belçika) 0:2
Qol: Bodri, 4. Kaya, 70.

Latsio – 12, Nitsa – 6, Sulte-Varegem – 4, Vitess – 1.

L qrupu

Real Sosyedad (İspaniya) - Vardar (Makedoniya) 3:0
Qol: Xuanmi, 31. De La Belya, 69. Bautista, 81.

Rusenborq (Norveç) - Zenit (Rusiya) 1:1
Qol: Bendtner, 55 - Kokorin, 90.

Zenit – 10, Real Sosyedad – 9, Ruseqnborq – 4, Vardar – 0.