Avropa Liqası

Avroliqada ilk turun ən yaxşı oyunçusu bəlli oldu

Avropa Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Dsport.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Styaua"nın (Rumıniya) yarımmüdafiəçisi Konstantin Budesku ən yaxşı oyunçu seçilib. O, 46 faiz səs toplayıb. Aleksandr Kokorin ("Zenit") 23 faiz səslə ikinci, Andre Silva ("Milan") 19 faiz səslə üçüncü olub.

Sonrakı yerləri Saman Qoddos ("Ostersun", 7 faiz), Aleksis Sançes ("Arsenal", 3 faiz), Alexandro Qomes ("Atalanta", 1 faiz) və Dieqo Lyorente ("Real Sosyedad", 1 faiz) tutub. Memfis Depay ("Olimpik", Lion) isə səslərin heç 1 faizini də qazana bilməyib.

Qeyd edək ki, ilk turun ən yaxşısı seçilən Budesku Çexiyanın “Viktoriya” klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyunda dubla imza atıb.