Avropa Liqası

Əliyar Ağayevin idarə etdiyi oyunda ilk yaşandı

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən “Vitoriya” (Gimaraynş, Portuqaliya) – “Zalsburq” (Avstriya) görüşündə bir ilk yaşanıb.

Dsport.az xəbər verir ki, meydan sahiblərinin start heyətində bircə avropalı futbolçu da yer almayıb. Əsas heyətdə 4 braziliyalı, 2 kolumbiyalı, fil dişi sahilli, perulu, qanalı, venesuelalı və uruqvaylı futbolçu meydana çıxıb. Bu da avrokuboklar tarixində ilk belə hadisə olub.

Gimaraynş şəhəri təmsilçisinin heyətində ikinci hissədə cəmi bir avropalı futbolçu - Kiku Rodriqes meydanda çıxıb. 

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan bu oyunu azərbaycanlı hakimlər briqadası idarə edib. Matçın baş hakimi FİFA referisi Əliyar Ağayev olub.