Digər növlər

Stadionda xəyanət və onun pərdəarxası məqamları

O, sadəcə oyuna baxmaq istəyirdi. Hardan bilə bilərdiki tanımadığı cütlüyün dramına şahidlik edəcək?

Lay adlandırılan bu şəxs NFL komandalarından “Detroyt Lions”un matçında qarşılaşdığı bir hadisəni “Facebook” vasitəsi ilə bölüşüb. Qarşılaşmanı birbaşa stadionda canlı izləyən Layın oturduğu yerdən bir sıra öndəki hamilə qadının sevgilisi ilə bərabər olmasına baxmayaraq, başqa biri ilə romantik şəkildə mesajlaşması onun diqqətini çəkib.

Layın yazdıqlarına əsasən, o, hamilə qadının telefonunda Ceyson adlı biri ilə mesajlaşdığının şahidi olub. Qadın tez-tez Ceysona “bütün günü sənlə olmaq istəyirəm” və yaxud da “onunla əlaqəmi bitirmişəm, tezliklə görüşəcəyik” kimi mesajlar atırmış. O, əlavə edib ki, qadın yanında oturan sevgilisinin mesajları görməməsi üçün ekranı əli ilə gizlədib, hətta mesajlaşdığı zaman telefonu söndürüb və bir kənara qoyub.

Olanların ardından Lay qələmlə kağız tapıb və bütün bu gördüklərini yazıb, oyundan sonra qadının başqa biri ilə yazışdığı barədə sevgilisini xəbərdar etmək üçün ona yaxınlaşaraq qeydlərini yazdığı kağızı təqdim edib və evdə oxumasını xahiş edib. O, həmçinin həmin kağız parçası və qızın başqa biri ilə mesajlaşdığını əks etdirən fotonu “Facebook” hesabında da paylaşıb.

Artıq bu fotolar sosial şəbəkələrdə yayılıb və Lay başqalarının münasibətinə qarışmasına görə bir çoxları tərəfindən günahlandırılır. Buna baxmayaraq, o, hərəkətinə bəraət qazandırmağa çalışır. Lay başqa insanların işinə qarışmağı sevən biri olmadığını, ancaq bu hadisədən əlavə, qadının sevgilisini oyun zamanı başqa hərəkətlərilə də alçaltdığını, bu səbəbdən də həmin kişiyə yazığı gəldiyini və bu hərəkəti etdiyini bildirib.

O, "Mad World News"a verdiyi açıqlamada oyun zamanı yaşanan bir epizoddan danışıb. Başqa bir azarkeş qadının yediyi kartof qızartmaları ilə bağlı “Bunlar qiymətinə görə çox balacadılar. Səni doydurmaz” deyib. Qadının cavabı isə belə olub: “Hər şey qaydasındadı, mən daha balaca şeylər işlətmişəm”.

İnsanların bəziləri isə qadının hamilə olduğunu əsas gətirərək onun sevgilisi tərəfindən hər hansısa bir təzyiqə məruz qalma ehtimalını nəzərə alaraq, Layın bu hərəkətinin düzgün olmadığını düşünürlər.

Mənbə: Dailymail.co.uk