Digər növlər

Sahib Əsədov DÇ-də finala yüksəldi

Azərbaycan milli komandasının para-karate üzrə dünya çempionatında çıxışı uğurlu alınıb. 

Dsport.az xəbər verir ki, Sahib Əhədov 40.5 xal toplayaraq öz qrupunun qalibi olmaqla finala yüksəlib. 10 noyabrda onun rəqibi ispan idmançısı olacaq. 

Para-karate üzrə dünya çempionatında rekord sayda, 33 ölkədən 100 idmançı iştirak edir. Azərbaycan bu yarışda bir karateçi ilə təmsil olunur.