Digər növlər

Azərbaycan təmsilçisi Dünya Kubokunda 4-cü oldu

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Ekvadorda keçirilən Dünya Kuboku yarışında dördüncü yeri tutub.

Dsport.az xəbər verir ki, idmançımız 67 triatlonçunun mübarizə apardığı yarışı 52 dəqiqə 24 saniyəlik nəticə ilə başa vurub. Pevtsov 750 metrlik su məsafəsini 9 dəqiqə 10 saniyəyə başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 27 dəqiqə 07 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını Rostislav 14 dəqiqə 34 saniyə nəticə ilə başa vurub.

Dünya kuboku yarışının qalibi ispaniyalı David Kastro olub.

Qeyd edək ki, idmançılarımız “Tokio-2020” Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün iki il ərzində təsnifat turnirlərində iştirak edəcəklər. Bu müddət ərzində onlar Dünya və Avropa çempionatları, Dünya kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.