Digər növlər

Rüstəm Qasımov 8-ci oldu

Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 

Dsport.az xəbər verir ki, 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Onlardan daha biri – Rüstəm Qasımov yaşı 20-yə qədər olan gənclərin 62 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.

Atletimiz birdən qaldırma hərəkətində 114 kq-ı qaldırmaqla 7-ci olub.

Rüstəm təkanla qaldırma hərəkətində 138 kq-ı ram edərək bu hərəkətdə 8-ci yeri tutub.

Toplam 252 kq (114+138) nəticə göstərən Qasımov yekun sıralamada 8-ci pillədə qərarlaşıb.