Digər növlər

Millimiz AÇ-yə 5 taekvondoçu ilə yollanır

Təlim-məşq toplanışını bu gün başa vuran parataekvondo milli komandamız sabah Avropa çempionatına yollanır. 

Dsport.az xəbər verir ki, Bolqaristanın Plovdiv şəhərində keçiriləcək sayca 7-ci olan qitə çempionatında ölkəmizi 5 idmançı təmsil edəcək.

İyunun 10-da başlanacaq yarışda böyük məşqçilər Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə milli komandanın üzvləri İmaməddin Xəlilov (K-44, -61 kq), Nicat Müslümov ( K-43 -75 kq), Əbülfəz Abuzərli (K-44 -75 kq), Vuqar Adışirinov (K-44 +75 kq) və Aynur Məmmədova (K-44 +58 kq) dayanq üzərinə çıxacaq.

Qeyd edək ki, Plovdiv şəhərinin "Kolodruma" idman sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə etmiş olur.

Millimiz iyunun 11-də vətənə dönəcək.