Digər növlər

İlk yarış günündən iki bürünc medal şansı

Karate üzrə milli komandamızın iki üzvü Hollandiyada təşkil olunan Karate 1 Premyer Liqa turnirinin ilk günündə bürünc medal qazanmaq şansı əldə edib.

Dsport.az xəbər verir ki, yarımfinalda qələbəni əldən verən Firdovsi Fərzəliyev (-60 kq) təsəlliverici görüşlər mərhələsində həlledici döyüşünü keçirəcək. Təsəlliverici görüşlərə qatılmalı olan digər idmançımız Rafael Ağayev (-75 kq) isə iki rəqibini məğlub edərək, bürünc medal uğrunda son döyüşünə çıxacaq. 

Hər iki karateçimizin yekun nəticəsi bazar günü mükafatlar uğrunda görüşlərdə bilinəcək.

Martın 16-da Niyazi Əliyev (-67 kq), Nuranə Əliyeva və Fidan Teymurova (ikisi də -50 kq), həmçinin İlahə Qasımovanın (-55 kq) çıxışı yekunda uğursuz alınıb. Şənbə günü Ayxan Mamayev (-84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (üçü də +84 kq), eləcə də Roman Heydərov (kata) mübarizəyə qatılıb.

Mötəbər turnirdə 74 ölkədən 683 idmançı çıxış edir.